Samuxda kişi intihar etdi

Samuxda intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 1965-ci il təvəllüdlü rayon sakini C.İbayev özünü yaşadığı evin həyətində ağacdan asıb. Onun meyiti yaxınları tərəfindən asılı vəziyyətdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.