Xarkovda azərbaycanlı rəssamın qardaşı oğlu öldürüldü

Xarkovda küçədə atışma zamanı Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu güllələnib.

Sherg.az APA-ya istinadən xəbər verir ki, bu barədə hazırda Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli məlumat verib.

S. Adgəzəlli deyib ki, K.Məmmədov hazırda atışma olduğu üçün küçədən meyiti götürmək mümkün deyil.

Hadisə bu gün səhər saatlarında baş verib.