Saatlıda iki nəfərdən odlu silah götürülüb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Sherg.az-a verilən məlumata görə, tədbirlər nəticəsində rayonun Qaralar kənd sakini K.Səfərovdan və Məmmədabad kənd sakini İ.Bayramovdan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılmasından ötrü rayon məhkəməsinə göndərilib.