Şəkidə 45 yaşlı qadın intihar edib

Hadisə bu gün rayonun Qaratorpaq kəndində baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini 1977-ci il təvəllüdlü Ruhiyyə Şərif qızı Rəsulovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki avtomobildən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. 45 yaşlı qadının hələki istintaqa məlum olmayan səbəbdən intihar etdiyi bildirilir.

R. Rəsulova əsəb xəstəliyindən əziyyət çəkirdi.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.