Kiyevdə təyyarə evin üzərinə düşdü

Ukraynanın paytaxtı Kiyevin Buça rayonunun Berezovka kəndində hərbi təyyarə yaşayış evinə düşüb.

Axar.az xəbər verir ki, təyyarə Kiyev istiqamətində olduqca alçaqdan uçurmuş, dönən zaman partlayıb və evin üzərinə düşüb.

Nəticədə evin dam hissəsi uçub, həmçinin bir neçə digər evlərə də zərər dəyib.

Xəsarət alanların olub-olmaması məlum deyil.