Şəmkirdə kişi əmisi qızının başını kəsib

Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb. Kənd sakini Piriyev Piri əmisi qızını bıçaqla qətlə yetirib. Qadın hadisə yerində ölüb, mərhumun kimliyi dəqiqləşdirilir. Hadisənin törətməkdə şübhəli bilinən P.Piriyev polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.