Şəkidə 45 yaşlı qadın özünü su maşınından asdı

Şəkidə 45 yaşlı qadın intihar edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qaratorpaq kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1977-ci il təvəllüdlü Ruhiyyə Şərif qızı Rəsulovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki su daşıyan maşından asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkar edilib.

Qadının əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.