Bakıda çərşənbə tonqalı yanğına səbəb oldu - VİDEO


Ötən gün Bakıda qalanan çərşənbə tonqalında xoşagəlməz hadisə yaşanıb.

Oxu.Az xəbər verir ki, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yanğın hadisəsi qeydə alınıb.

Belə ki, yaşayış binasının həyətində təşkil olunan çərşənbə tonqalı zamanı ağaclar da yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti cəlb olunub və yanğının qarşısı dərhal alınıb. 

Qeyd edək ki, eyni hal paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində də qeydə alınıb. Dərhal müdaxilə nəticəsində yanğının qarşısı alınıb. 

Hadisə yerinin görüntülərini təqdim edirik: