Nikolayevdə Rusiya tankı ilə birlikdə körpü partladıldı

Ukraynanın Nikolayev vilayəti istiqamətində Rusiya qoşunlarının hücumu davam edir.
Sözügedən hücumun qarşısını almaq üçün ukraynalı hərbçilər Rusiya tankı ilə birgə ərazidəki körpünü partlatmalı olublar.
Bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko “Telegram” kanalında yazıb.
“Nikolayev yaxınlığında körpü Rusiya tankı ilə birlikdə partladılıb”, - deyə o bildirib.
Mənbə: segodnya.ua