İmişlidə avtomobil su kanalına aşdı: Ölən var

İmişlidə avtomobil su kanalına aşıb, bir nəfər ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Abasov Bəxtiyar Yadulla oğlu idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yoldan çıxaraq yaxınlıqdakı su kanalına düşüb.

Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.