Çavuşoğlu: “Türkiyə hava məkanını Rusiya və digər ölkələrin təyyarələri üçün bağlamayacaq”


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü bildirib ki, Türkiyə hava məkanı Rusiya və digər ölkələrin təyyarələri üçün açıq qalmalıdır.

“Həm strateji, həm də humanitar nöqteyi-nəzərdən hava məkanının açıq qalması təkcə Türkiyə üçün deyil, həm də bu sanksiyaları tətbiq edən ölkələr və onların vətəndaşları üçün vacibdir”, – deyə nazir bildirib.

Çavuşoğlu əlavə edib ki, hazırda Ankara Türkiyə vətəndaşlarının Ukraynadan təhlükəsiz təxliyəsi üçün tədbirlər görür.

Qeyd edək ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar  ABŞ, Kanada, Böyük Britaniya və Aİ ölkələri tərəfindən Rusiya təyyarələri üçün hava məkanı bağlanıb. Öz növbəsində Rusiya isə Avropa və Kanada da daxil olmaqla 36 ölkədən aviaşirkətlərə uçuş qadağası qoyub.

Mənbə: “İnterfaks”