Neftçalada 60 yaşlı kişi dəm qazından ölüb

Neftçala şəhərində dəm qazından boğulma hadisəsi baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədov Əlitürbə Soltan oğlu evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.