Gürcüstan – Rusiya sərhədində zəlzələ qeydə alınıb

Martın 7-də Gürcüstan – Rusiya sərhədində zəlzələ qeydə alınıb.

Sherg.az  xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə 10:24-də qeydə alınıb. Zəlzələ 3,8 bal gücündə olub.

Zəlzələnin episentri Rusiya ərazisində yerləşib.