Qaxda kişi özünü 8 martda asdı


Qax rayonunda 85 yaşlı kişi intihar edib.
Oxu.Az-ın məlumatına görə, hadisə martın 8-də rayonun Alatəmir kəndində qeydə alınıb.
Kənd sakini, 1937-ci il təvəllüdlü Patiaşvili Yason İsakoyeviç özünü yaşadığı ünvanda asıb.
O, evdə tək yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.