Xırdalanda qadın özünü binadan atdı 

Abşeronda intihara cəhd hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Xırdalanda, Köhnə Bazar adlanan ərazidə qeydə alınıb.
Hələlik kimliyi məlum olmayan 30-35 yaşlı qadın yaşayış binalarının birindən özünü atıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.