Sumqayıtda qadın dəm qazından boğulub

Sumqayıtda 38 yaşlı qadın dəm qazından boğulub.

APA-nın yerli bürosunun məlumatına hadisə şəhərin Köhnə Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Məmmədkərimova Vüsalə Valeh qızı hamam otağında dəm qazından boğularaq ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.