Şəmkirdə itkin düşən ana və 3 azyaşlı övladı tapılıb - FOTO - YENİLƏNİB

Şəmkirdə naməlum şəraitdə itkin düşən ana və 3 azyaşlı övladı tapılıb.

APA-nın yerli bürosuna bu barədə qadının qonşusu Sabir Qarayev məlumat verib.

Onun sözlərinə görə 27 yaşlı Səriyyə Məmmədovanı polis Bakıda tapıb. Məlumata görə, hazırda ana və azyaşlı övladlarının səhhətində heç bir problem yoxdur.

***

13:22

Şəmkir rayonunda ana və azyaşlı övladları axtarılır.

APA-nın yerli bürosu xəbər verir ki, rayon mərkəzinin 20 Yanvar küçəsində yaşayan, 27 yaşlı Səriyyə Məmmədova 7, 6 yaşında iki oğlu və 4 yaşında qızı ilə martın 9-u səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə APA-nın yerli bürosuna Səriyyə Məmmədovanın qonşusu Sabir Qarayev məlumat verib.

Onun sözlərinə görə, martın 9-da qonşu kimi onlara baş çəkməyə gedib:

“Evin qapısının açıq olduğunu gördüm. Evə girdim, qaz, işıq yanırdı. Narahatıq ki, bəlkə başlarına iş gəlib. 4 gündür bir xəbər yoxdur. Bilmirik haradadırlar? Bəlkə başlarına iş gəlib və ya hədə qorxu gəlib aparıblar. Evdən gedəndə heç nə götürməyiblər. Sənədləri də evdədir. Artıq polisə məlumat vermişik".

Sabir Qarayevin sözlərinə görə, Səriyə Məmmədova həyat yoldaşından ayrılıb. Qadının həyat yoldaşı ruhi xəstəxanada yatır. Məlumata görə, ordan qaçıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Şəmkir rayon Polis Şöbəsinə mart ayının 12-si rəsmi məlumat daxil olub:

“Hazırda itki düşən şəxslərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. Tez bir zamanda həmin şəxslər tapıldıqda ictimaiyyətə əlavə məlumat veriləcək”.