Bakıda stilist qətlə yetirildi

Bakıda 29 yaşlı stilist Orxan Seyidovu qətlə yetirən şəxs saxlanılıb. 


Sherg.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Pərviz Həsənov müəyyən olunaraq tutulub və istintaqa təhvil verilib. 

P. Həsənov mərhum Orxanın tanışı olub. 

DİN Mətbuat xidməti məlumatı təsdiqləyib.