Zarafat faciə ilə bitdi

Nişanlısı ilə telefonla danışan çavuş özünü başından vurdu 

Türkiyənin Hatay bölgəsində faciə yaşanıb. Hərbçi olan Doğukan  nişanlısı ilə telefonla danışan zaman zarafat etmək istəyərkən özünü başından vurub və həyatını itirib.

"Şərq" türk mediasına istinadən xəbər verir ki, hadisə Samandağ qəsəbəsinə bağlı Şükrü Kanatlı məhəlləsində baş verib. İddiaya görə, çavuş Doğukan Ok (23), evində nişanlısı E. U. ilə telefonda danışarkən əlindəki tapança ilə zarafat etmək üçün tətiyi çəkib.
Başından ağır yaralanan çavuş, hadisə yerinə gələn təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Lakin xəstəxanada edilən bütün müdaxiləyə baxmayaraq Doğukan Ok həyatını itirib. 

Turan