Bakıda 12 yaşlı yeniyetməni avtomobil vurub

Bakıda 12 yaşlı yeniyetməni avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Astanlı Sübhan Asim oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.