Sumqayıtdakı qəzada yaralanan qadın xəstəxanada ÖLDÜ


Ötən gün Sumqayıtda qəzada yaralanan qadın xəstəxanada vəfat edib.

Oxu.Az-ın məlumatına görə, 1965-ci il təvəllüdlü Tamella Hümbətova xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, dünən “Hyundai” markalı mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində 16 nəfər xəsarət alıb. Onlardan doqquz nəfər stasionar müalicəyə cəlb olunub.