Gəncədə evə basqın edən silahlılar ev sahiblərinə xəsarət yetiriblər - YENİLƏNİB

Gəncədə evə basqının bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, basqınçılar evdən heç nə apara bilməyiblər. Yaranan səs-küyə görə onlar hadisə yerindən qaçıblar.

***

00.45

Gəncədə evə basqın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sədi küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Namazov Xəyyam Rasim oğlu qulağın kəsilmiş yarası və onun anası, 1950-ci il təvəllüdlü Namazova Xuşud Əli qızı sağ əlinin bilək nahiyəsinin, dodağının çapılmış yarası ilə xəstəxanaya yerləşdirilib.Hər iki xəstəyə lazımi tibbi yardlm göstərilib, onların vəziyyətinin orta ağır olduğu bilirilir. Xəsarət alan şəxslərin sözlərinə görə onlar evə baqın edən iki nəfər maskaslı şəxs tərəfindən döyülüb. Onlar basqın edənlərin silahlı olduğunu bildiriblər.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.