Sabirabdda yol qəzasında 4 nəfər xəsarət alıb

Sabirabdda baş verən qəzada 4 nəfər ağır xəsarət alıb.

APA-nın Mİl-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb.
“Mercedes” markalı avtomobil yüksək sürətlə divara çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfər ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Yaralılardan birinin ayağı travmatik amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.