Nərimanovda yolu keçən 50 yaşlı qadını avtomobil vurub


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Azadlıq prospektində avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Axundova Yasəmən Hamil qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.