Bakı sakini döyülərək 2000 manatı əlindən alınıb

Bu barədə Sherg.az-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə martın 17-də rayon ərazisində 3 nəfərin Bakı şəhər sakini O.Rzayevi döyərək 2000 manat pul tələb etmələri barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakinləri Ə.Nəsibov, S.Rəsulov və Bakı şəhər sakini F.Məmmədov müəyyən edilərək saxlanılmışlar.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.