Ağcabədidə traktor "BMW" ilə toqquğub, 2 nəfər ölüb

Ağcabədidə yol qəzasında iki nəfər ölüb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsinə baş verib.

Hərəkətdə olan traktor qarşıdan gələn "BMW" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "BMW" nin sürücüsü və sərnişini ölüb.

Faktla bağlı araşdırma başlanıb qəza zamanı ölənlərin kimliyi araşdırılır