Evlənməsinə icazə verməyən atasını öldürüb, polisə yalan ifadə verdi


 Türkiyənin Bursa şəhərində qanlı hadisə yaşanıb. Atası Erkan Şirinelin (45) intihar etdiyini qarşıya qoyaraq, polisi axtaran Emirhan Şirinel (21), çarpaz sorğuda cinayətini etiraf edib. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Emirhan evdəki ov tüfəngi ilə anasının gözü qarşısında atasına atəş açıb. Əvvəlcə Emirhan Şirinel polisi axtararaq, atasının intihar etdiyini bildirib. Hadisə yerinə gələn sağlamlıq qrupları, Erkan Şirinelin həyatını itirdiyini müəyyən edib. Atanın cəsədi yarılmaq üçün meyitxanaya aparılıb. Emirhan ilə anası isə ifadələri üçün polis şöbəsinə aparılıb.
Sorğu zamanı Emirhan Şirinel, hadisə zamanı evdə olmadığını, anasının araması ilə evə gəldiyini və atasını qanlar içində yerdə gördüyünü söyləyib. Ana da (43)  mətbəxdə olduğu sırada silah səsi eşitdiyini bildirərək qonaq otağına getdiyini və ərinin intihar etdiyini gördüyünü bildirib.

İfadələri ziddiyyətli görən qruplar, ana ilə oğulunu bu dəfə çarpaz sorğuya çəkib. Bu zaman cinayətini etiraf edən Emirhan Şirinel, atası ilə evlənməsinə icazə vermədiyi üçün mübahisə etdiyini, bu səbəblə öldürdüyünü söyləyib. Bütün əməliyyatlardan sonra Emirhan Şirinel həbs olunub, anası isə şərti azadlığa buraxılıb. İstintaq davam edir.

Turan