Azərbaycanda polis ağır qəzada öldü - FOTO

Hacıqabulda baş verən yol qəzasında polis əməkdaşı ölüb.

Sherg.az APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı Şirvan polis şöbəsinin polis nəfəri Şirvan sakini, 1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.

---------

18:28

Hacıqabulda baş verən yol qəzasında polis əməkdaşı ağır yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı Şirvan polis şöbəsinin polis nəfəri, Şirvan sakini 1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.