Ağstafada baş verən qəzada 3 nəfər xəsarət alıb



Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsndə qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107 ilə "Opel" markalı minik maşınları toqquşub. Qəza zamanı 1993-cü il təvəllüdlü Tural Ocaqverdiyev, 1994-cü il təvəllüdlü Azad Kərimov və Elmar Şəmmədov xəsarət alaraq xəstəxanaya yerldirliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.