Şəmkirdə 21 yaşlı gənc bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qədim Qala kəndində qeydə alınıb.

2001-ci il təvəllüdlü Nicat Aslanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 21 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.