Füzuli və Cəlilabadda su basmış ərazilərlə bağlı əməliyyat görüntüləri yayılıb - VİDEO

İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

FHN-dən Sherg.az-a verilən məlumata görə, gün ərzində nazirliyin qüvvələri tərəfindən Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində və Cəlilabad rayonunun Göytəpə şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.