Xaçmazda bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Xaçmaz rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz rayonu Seyidli kəndində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Hicran İsfəndiyar qızı Dadaşova, 2004-cü il təvəllüdlü Səbinə Elçin qızı Dadaşova və 2005-ci il təvəllüdlü Dəniz Xəzər qızı Şahbazlı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.