Nadir hadisə: Göygöl donub - FOTO 

Göygölün donması son illərin nadir təbiət hadisələrindəndir. 

"Sherg.az" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyev bildirib.

Xidmətinin rəsmisi qeyd edib ki, hazırda gölün üzərində 2-3 sm qalınlığında buz qatı yaranıb:
"Bu ilin soyuq mart ayı daha bir sürprizlə yadda qaldı. Bol qarlı mart bu dövr üçün xarakterik olmayan şaxta ilə də müşayiət olunduğundan Göygölün suyu donaraq buz bağlayıb. Bu da son illərin nadir təbiət hadisələrindəndir".
Ads by 

Reklamınızı SmartBee ilə effektiv edin.F.Əliyevin sözlərinə görə, bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub.