Bakıda avtomobil 71 yaşlı qadını vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. “Ukrainə dairəsi” yaxınlığında avtomobil yolu keçən 1951-ci il təvəllüdlü Əliyeva Leylaxanım Fərman qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.