Tarixə düşən an! – Oskar mükafatını alan aktyor aparıcıya şillə vurdu – Fotolar


ABŞ-ın Los-Anceles şəhərindəki Dolby Teatrında keçirilən 94-cü Oskar mükafatlarının təqdimetmə mərasimində tarixə düşən anlar yaşanıb. Tanınmış ameriaklı aktyor Uill Smit canlı efirdə mərasimin aparıcılarından olan Kris Roka şillə vurub.

“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, hər kəsin  gerçək, yoxsa qurma olduğunu düşündüyü gec ədən sonra “The Academy”dən açıqlama gəlib. “The Academy”  hadisə ilə bağlı Tvitter-də paylaşım edib:
“Akademiya heç bir formada zorakılığı qəbul etmir. 

Bu gecə biz bütün dünyada kinosevərlər tərəfindən tanınmağa layiq olan 94-cü Akademiya Mükafatlarının qaliblərini qeyd etməkdən məmnunuq”.

Qeyd edək ki,  aparıcı Kris Rokun Uil Smitin həyat yoldaşı Jada Pinket Smitlə bağlı zarafatından sonra J.Pinket Smitin üzündəki narazılıq diqqət çəkib. Rok səhnədə gülməyə davam edərkən, Uill Smit oturduğu yerdən qalxaraq səhnəyə çıxıb və Kris Roku şillələyib.  U. Smit yerinə əyləşdikdən sonra “həyat yoldaşımın adını çəkmə” deyə yüksək səslə qışqırıb.

Baş verən hadisədən sonra “King Richard” filminə görə ən yaxşı aktyor mükafatını almaq üçün səhnəyə çıxan Uil Smith təşəkkür nitqində olay haqqında da danışıb. O, baş verənlərə görə, Akademiyadan və digər nazimədlərdən üzr istəyib. Smitin Kris Rokdan üzr istəməməsi diqqət çəkib.