İntihar edən qızı xilas etməyə çalışan gömrük əməkdaşı DANIŞDI:"Çox üzülürəm, məyusam"

Bir müddət öncə intihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan Zahid Niyazov xəstəxanadan evə buraxılıb.
"Sherg.az" xəbər verir ki, 37 yaşlı gömrük əməkdaşı bu barədə "Facebook" səhifəsində paylaşım edib:
 “Məlum hadisə ilə bağlı bildirmək istəyirəm ki, səhhətim şükür Allaha yaxşıdır. Artıq ev şəraitində müalicəmi davam etdirirəm”. 
O qeyd edib ki, çəkdiyi ağrı-acıya görə peşman deyil: 
“Əfsuslar olsun ki,17 yaşlı Xumar balanı xilas edə bilmədim.Buna görə çox üzülürəm, məyusam. Xumar balanın valideynlərinə başsağlığı verirəm. Allahdan o gözəl balamıza rəhmət diləyirəm”.