Qadınların qənimi...

Qatil 46 il sonra şəhər gəzintisinə çıxarıldı, istəyi maraqlı oldu

 İrlandiyada 2 gənc qadına təcavüz edərək xüsusi amansızlıqla qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum olmuş John Shawn 46 ildən sonra ilk dəfə gəzintiyə çıxarılıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki,  John Shaw 1976-cı ildə həbs edilib.

 Hazırda 75 yaşında olan qatil 46 il öncə 22 yaşlı Elizabeth Plunkett və 24 yaşlı Mary Duffyni qətlə yetirməkdə günahkar bilinib. Bu dəhşətli cinayəti törədərkən Johnun “yardımçısı” da varmış. 

Qatilin cinayət ortağı Geoffrey Evans da ömürlük həbs cəzasına məhkum edilib. 46 il öncə törədilmiş cinayət işinin istintaqını təqib edən qaynaqların yazdığına görə, John və Geoffrey 1976-cı ilin yazında Böyük Britaniyadan İrlandiyaya gəlib və hər həftə bir qadını qətlə yetirməyi planlaşdırıblar.

 Onların ilk qurbanı   22 yaşlı Elizabeth Plunkett  olub. Gənc qadın axşam saatlarında evə qayıdarkən qaranlıq küçədə ona hücum edərək qaçırır, meşəyə aparır, təcavüz edir, sonra da boğaraq öldürüb dənizə atırlar. Növbəti qurbanları isə 24 yaşlı Mary Duffy olub. 

Mary restoranların birində aşbaz işləyirmiş. Gənc qadın gecə növbəsindən evə dönərkən ona da hücum edib, bayıldır, qadının əllərini bağlayaraq ona dəfələrlə təcavüz edir, sonra  isə ayaqlarını betonlayaraq İnagh gölünə atıblar. Qatillər 1978-ci ildə yaxalanıb. John məhkəmədə qadınları öldürməyi necə planladıqlarını etiraf edib, onu bu cinayətə  “dostu” Geoffrynin sürüklədiyini deyib: “Bunları etmək istəmirdim. Bunları mənə Geoffry məcbur etdi.

 Şeytan bunu mənə etdirdi. Onu məndən uzaq tutun”. Qatillər ayrı-ayrı həbsxanalarda saxlanılıb. Evans Dublindəki həbsxanalardan birində 4 il komada qalıb, nəhayət sepsisdən vəfat edib. John  Shawna isə 46 il sonra ilk dəfə şəhərə gəzintiyə çıxmaq icazəsi verilib. 

Bundan bir neçə il əvvəl də məhkəmə qatilə belə bir izn vermək istəyib, lakin onun hələ də qadınlar üçün təhlükəli ola biləcəyini gözə alaraq icazəni ləğv edib. Bu dəfə isə qatil 2 mühafizəçinin nəzarəti altında şəhər mərkəzində gəzişib. Qatilin istəyi isə maraqlı olub. O, qəhvə içmək istədiyini deyib. 

Saş-saqqalı ağarmış 75 yaşlı qatilə mühafizəçilərin əhatəsində bir kafedə qəhvə təqdim edilib. Təbii, kafedəkilər qatı cinayətkarla üz-üzə əyləşdiklərini bilməyib. Ətrafdakılar onu böyük ehtimalla “nəvələriylə gəzintiyə çıxmış baba” zənn ediblər. Gəzintidən sonra həbsxanaya qayıdan qatilin özünü xeyli rahat hiss etdiyi də bildirilib.