Avtomobilin mühərrikinə ilan dolandı


Təhlükəsizlik xidməti əməkdaşları onu güclə çıxardılar

Havaların birdən-birə kəskin istiləşməsi ilan həyəcanını artırıb. İlanlar soyuqqanlılar fəsiləsinə aid olduqlarından günəş şüalarından qorunmaq üçün sərin yer axtarır, evlərin zirzəmisinə, bağçalardakı kolluqlarda – hara sərindirsə orada gizlənirlər. Türkiyənin Bursa şəhərində isə ilan avtomobilin mühərrik hissəsində gizlənib. 

“Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, hadisə Bursanın Nilufer bölgəsindəki Üçevlər Məhəlləsində yaşanıb. Avtomobilini park etmiş şəxs mühərrikin ətrafına ilanın dolandığını görüb. Panikaya düşən şəxs ilanı oradan necə çıxaracağını bilməyib. Hadisə yerinə təhlükəsizlik xidməti əməkdaşları çağırılıb. Xidmət əməkdaşları ilanı mühərrik hissədən çıxarmaq üçün çox çalışmalı olublar. Nəhayət, ilanın quyğurundan yapışıb avtomobildən çıxara biliblər. Heç bir zərər görməyən ilan təbiətə buraxılıb. Təhlükəsizlik xidməti əməkdaşlarının ilanla mücadiləsi anbaan videoaya çəkilərək sosial şəbəkədə yayılıb və xeyli bəyənmə toplayıb.