Qarşısına nə çıxırsa parçalayır

Akvarium balıqlarını dəniz sularına buraxdıqda "vəhşiləşir"

Sakit okean dərinliklərində püskürmüş sualtı vulkan oradakı canlı aləmlə bağlı ilginc durum ortaya çıxarıb. Tədqiqatçılar vulkan püskürməsinin ardınca çoxsaylı canlıların vulkanik ərazidə yaşamağa davam etdiyini açıqlayıb. Hərçənd vulkanik püskürmələrdən sonra suyun hərarəti yüksəlir, bu isə əslində, dəniz canlılarının yaşam şərtlərini çətinləşdirməlidir. Bu dəfə isə əksi müşahidə edilib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Amerika Beynəlxalq Hava və Kosmos Dairəsi – NASA ötən günlərdə Sakit okeanda baş vermiş vulkan püskürməsinin görüntülərini paylaşıb. 

Görüntülərdə köpək balıqlarının vulkanik püskürmədən narahat olduqları halda vulkanik ərazi sularında rahat bir şəkildə həyatlarına davam etdiyi görünür. Alimlər bu fikirdədir ki, vulkanik sularda yaşamaq üçün köpək balıqlarının mutasiyaya uğraması gərəkir. Böyük ehtimalla məhz belə bir mutasiya baş verib. Köpək balıqlarının növləri də artıb.

 Tədqiqatçılar vulkanı “Shark-cano” adlandırıblar. Sənədli filmlər rejissoru və dəniz ekoloqu, doktor Mert Gökalp isə deyib  ki, həyat şərtlərinin çox zor olduğu ərazidə müxtəlif növ canlıların yaşama davam etməsi ciddi tədqiqat materialıdır: 

“Belə zor şərtlər altında canlılar necə yaşayır? Atlantik və Sakit okeanda hidrotermal bacalar olduğu bundan öncə də deyilirdi. Belə bacalardan Aralıq dənizində də var. Bu bacalar vasitəsilə dənizdəki qazlar su səthiylə yuxarı – səmaya doğru çıxır. Qazların çıxdığı bölgələrdə - qabarcıqlar ətrafında müxtəlif canlıların yaşadığını görürük. Onlar tanıdığımız, bildiyimiz canlılar kimi deyil. 

Bu canlılar fotosintez deyil, kemosintezə uğrayır, onların müəyyənləşməsi 70-ci illərdə böyük hadisə hesab edilirdi. İndi isə vəziyyət fərqlidir. Köpək balıqları vulkanik bölgəyə vulkan püskürməsi nəticəsində ölmüş canlılardan bəslənmək üçün axın edirlər. Hətta vulkan püskürməsinin səsi də canlıları ora cəlb edə bilər”. Tədqiqatçılar min il əvvəl əhliləşdirilərək akvarium balıqlarına döndərilmiş yapon balıqlarının təbiətə buraxıldıqları zaman “cani balıqlara” döndüyünə də heyrət edir. Bu balıqlar akvariumdan çıxarılıb dəniz sularına buraxıldıqda ətraflarında nə varsa didib parçalamağa başlayır, “ölüm aparatına” dönürlər. 

Bu isə şirin sulu höfzələr üçün təhlükəlidir. Alimlər bu fikirdədir ki, akvarium balıqlarının “vəhşiləşməsi” onların doyumsuz olmasıyla bağlıdır. Akvarium şəraitində həddindən artıq bəslənən balıqların ehtiyacları artır və onlar təbii şəraitdə davamlı yem axtarmalı olurlar, buna görə də qarşılarına çıxanı yeyirlər.