Pilot özünü pis hiss edib sükanı buraxdı

Ömründə ilk dəfə sükan arxasına keçən sərnişin təyyarəni eniş zolağına salamat endirə bilib

Hava yolları tarixi yüzlərlə təyyarə qəzaları, qeyri-adi, ağlagəlməz olaylarla doludur. Bunların arasında qəhrəmanlıq hekayələri də olmamış deyil. Belə hekayələrdən biri ABŞ-ın Florida ştatında yaşanıb. Baham adalarından Floridaya uçan sərnişin təyyarəsində pilot anidən rahatsızlanıb, təyyarənin sükanı arxasına isə pilotluq nədir bilməyən sərnişinlərdən biri keçib. Və təsəvvür edin  ki, ömründə ilk və bəlkə də sonuncu dəfə idarəetmə sükanı arxasına keçmiş sərnişin təyyarəni qəzasız-bəlasız uçuş zolağına endirməyi bacarıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki,  Baham adaları-Florida reysi ilə uçan təyyarənin pilotu enişə cəmi 110 kilometr məsafə qaldıqda özünü pis hiss etməyə başlayıb və sükan arxasından qalxıb. Hava yollarına nəzarət məmurları pilot əvəzinə tanımadıqları adamın “təyyarəni necə endirəcəyimi bilmirəm, mənə kömək edin!” çağırışını eşitdikdə dəhşətə gəliblər. Lakin xoşbəxtlikdən faciə yox, möcüzə baş verib. Heç bir təcrübəsi olmayan sərnişin nəzarət məmurlarının çarəsiz qalınca “tələsməyin, təmkinli olun, filan düyməıni basın, sükandan yapışın...” deyərək sərnişini sakit bir şəkildə başa salmağa çalışıblar və sərnişin deyilənlərə əməl edərək təyyarəni eniş zolağına salamat endirə bilib. Bənzər hadisə Böyük Britaniya hava yollarında da yaşanıb. Yunanıstanın Krit adasından Şotlandiyanın Edinburq şəhərinə uçan “EasyJet” təyyarəsinin kapitanı enişə az müddət qaldığında “özümü pis hiss edirəm” deyərək kapitan pultu arxasından qalxıb ayaqyoluna tərəf qaçıb. Sükanı isə  köməkçi pilota həvalə edir. Salondakı sərnişinlər nələrinsə tərs getdiyini hiss edib. Çünki bir müddət keçsə də, sərnişinlər kapitanın hələ də ayaqyolunda olduğunu və heç cür oradan çıxmaq “niyyəti” olmadığını fərq ediblər. Zatən kapitan təyyarə eniş edənədək ayaqyolundan çıxmayıb. Salonda panika yaşanıb.

 Köməkçi pilot hava yollarına nəzarət kabinəsindən təcili eniş üçün icazə istəyib, vəziyyəti anladıb. 

 Hər cür qəzanı gözə alan hava limanı rəhbərliyi eniş zolağınaT5 yanğınsöndürən və 2 təcili yardım göndərib. Köməkçi pilot isə təyyarəni Edinburq hava limanına qəzasız endirməyi bacarıb. Məlum olub ki, köməkçi pilot 13 saatdır səmadadır. Bu isə ümumilikdə təyyarə pilotlarının gərgin iş şəraitində çalışdığını göstərir. Uzun məsafəli uçuşlar zamanı ekipajın səhhətində problemlər yaranması təbii qarşılanır. Bu səbəbdən Avropa Hava Yolları uzun məsafəli uçuşların fasiləli olması, təyyarə ekipajlarının fasilə ilə dəyişdirilməsi üzərində düşünür. 

Hazırda Avropa hava yolları şirkətləri pilot qıtlığı yaşayır. Pandemiya səbəbindən ləğv edilən təyyarə reysləri pilotların işlərindən uzaqlaşdırılmasıyla nəticələnib. İşdən çıxan pilotlar isə ağır şərtlər altında yenidən pilot vəzifəsinə qayıtmaq istəmir, özlərinə başqa peşə tapırlar.