8 yaşlı uşaq atasından zorla alınıb


İndi ata övladının oyuncaqları ilə təsəlli tapır

Türkiyənin Kocaeli bölgəsində ağlasığmaz olay yaşanıb. Kocaelidə yaşayan Türkan Dursunun 8 yaşlı qızı icra məmurları tərəfindən atasından zorla alınaraq anasına təslim edilib. “NTV.com.tr” xəbər verir ki, Kocaelinin Gebze bölgəsində yaşayan ata qızını görmək üçün 2018-ci ildən bu yana hüquq mücadiləsi aparır. T.Dursun həyat yoldaşından ayrıldıqdan sonra azyaşlı övladlarına anasının nəzarət etməməsi iddiasıyla məhkəməyə müraciət edib, məhkəmə uşağın atasıyla qalmasına qərar verib.  Lakin qərar qəti deyil, müvəqqəti qəbul edilib. Bu müddətdə uşaq atasıyla birlikdə qalıb. T.Dursun bu günlərdə övladıyla birlikdə Zonquldağa – valideynlərini ziyarət etməyə gedib. Valideynlərinin evindəykən icra məmurları gəlib və uşağı anasına təslim etməli olduqlarını deyiblər. 8 yaşlı uşağı atasından zorla qoparan məmurların nəzakətsiz davranışı mobil telefonla qeydə alınıb. İndi ata övladının oyuncaqları ilə təsəlli tapır. T.Dursun əvvəllər övladını görməyə getdiyində uşağın bədəninin yara içində olduğunu görüb, ögey atanın qızcığaza işgəncə verdiyini təxmin edib. Bu səbəbdən də məhkəməyə müraciət edərək övladının vərəsəliyinin anadan alınaraq ataya verilməsini istəyib. Qızcığazın zorla anasına aparılmasından təsirlənən ata yenidən məhkəməyə müraciət edəcək.