ABŞ Dövlət Departamenti pasportlarda cinsin dəyişdirilməsi və “cins” sütununda X işarəsi olan pasportların verilməsi ilə bağlı müraciətlərə baxılmasını dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.
Qeyd olunur ki, Dövlət katibi Marko Rubio işçi heyətinə məktub göndərərək bildirib ki, ABŞ siyasətinə görə, vətəndaş cinsini dəyişdirə bilməz. Rubio həmçinin bütün rəsmi sənədlərdə “gender” deyil, “cins” sözünü işlətməyə göstəriş verib.