Ayı çobanı parçaladı

Güllə yarası alan vəhşi heyvan da ölüb

  Türkiyənin Ərzurum  bölgəsində dəhşətli hadisə baş verib. “Şərq” “ahaber.com”a istinadən bildirir ki, Ərzurumun Olur Hükam kəndində çobanlıq edən 5 övlad atası Fatih İlhanın evə dönmədiyini görən ailəsi və qonşular polisə məlumat verib.  Bölgədə əl fənərləri də dronun köməyi ilə axtarış başladan Ərzurum Olur əyalət Jandarma komandanlığı və fövqəladə hallar üzrə axtarış qrupu gecə yarısı Fatih İlhanın parçalanmış cəsədini dərədə tapıb. Çobanın cəsədindən bir qədər aralıda isə bəyaz ayı cəsədi də tapılıb. 

Ayının yara aldığı da təsbit edilib. Çobanın və ayının cəsədinin müayinəsi hadisənin necə baş verdiyini müəyyənləşdirib. Məlum olub ki, çoban dərədə ayıyla qarşılaşdıqda ona atəş açıb. Yaralı ayı daha da qəzəblənərək çobanın üzərinə hücum çəkib. Onu parçalayıb. 

Lakin ayı yaralı olduğundan hadisə yerindən çox uzaqlaşa bilməyib və bir qədər kənarda yıxılaraq ölüb. Çobanın bədəninin parçaları müvafiq paketin içinə toplanıb. 

Ərazi qayalıq bölgə olduğu üçün cəsəd çətinliklə aşağı endirilib. Helikopterə qoyularaq Olur Dövlət Xəstəxanasına aparılıb. Ayının da cəsədi dərədən çətinliklə çıxarılıb.