Tarixdə baş vermiş  8 qeyri-adi ölüm hadisəsi... - Təəccüblənəcəksiniz!

Ölüm canlı orqanizmin həyat fəaliyyətini dayandırmasıdır. Ölümün qocalma, aclıq, xəstəlik, özünəqəsd və s. səbəbləri olur. Bu səbəblər bizi o qədər də təəccübləndirmir. Lakin tarixdə səkkiz ölüm hadisələri var ki, onların səbəblərini öyrəndikdə təəccüblənməmək əldə deyil. "Sherg.az" xarici mediaya istinadən həmin 8 qeyri-adi ölüm hadisəsini  təqdim edir: 

1. İsveç kralı Adolf Frederik 1771-ci ildə müxtəlif yeməklərin üzərinə 14 porsiya şirniyyat yediyi üçün insultdan ölüb.

2. Avstriyalı Hans Steininger 1,4 metrlik saqqalı olub. 1567-ci ildə baş verən yanğında o, səhvən  ayağı ilə saqqalının üstünə basıb  və boynu sınaraq ölüb.

3. Məşhur viski markası Jack Daniel's-in qurucusu iş adamı Cek Daniel seyfinin parolunu  unutduğu üçün əsəbiləşir və seyfi təpikləyib. Ayağından zədə alan Daniel bir müddət sonra infeksiyaya tutulub.  O, ayağındakı infeksiyanın bütün bədənə keçməsi nəticəsində qanqrenadan ölüb.

4.1911-ci ildə girdiyi boru ilə Niaqara şəlaləsindən dəfələrlə tullanan sirk artisti Bobbi Liçin ölümü onun çıxışları qədər maraqlı olub.O, portağal yeyərkən yerə atdığı bıçağın ayağını kəsməsi nəticəsində qanqren xəstəliyindən ölüb.

5. İntrovert olan riyaziyyatçı Kurt Gödeldə həyatının son illərində zəhərlənəcəyinə dair fikirlər yaranıb.Yemək yeməkdən imtina edən riyaziyyatçı 14 yanvar 1978-ci ildə Prinstonda qida çatışmazlığından 29,5 kiloqrama qədər arıqlayaraq vəfat edib.

6.Şayiələrə görə, yunan filosofu Eshilos eramızdan əvvəl 456-cı ildə bir qartalın caynağındakı tısbağanı onun başına atmasından  sonra vəfat edib.

7. Tayland şahzadəsi Sunandha Kumariratanı düşdüyü suda boğularkən heç kim xilas etməyib. Çünki o vaxt Taylandda qulluqçuların şahzadəyə toxunması qadağan   olub.

8. Danimarkalı kimyagər və astroloq Tycho Brahe 1601-ci ildə iştirak etdiyi şam yeməyində idrar edib. O zaman yemək zamanı süfrədən qalxmaq kobud təhqir kimi qəbul edildiyi üçün sidiyi saxlayıb. Buna görə də o  sidik kisəsindəki infeksiyadan dünyasını dəyişib.