15 yaşlı yeniyetmə 3 qardaşını güllələdi

ABŞ-nin Alyaska ştatında 15 yaşlı yeniyetmə naməlum səbəbdən 3 qardaşını güllələyib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, dəhşətli hadisənin ardından 15 yaşlı yeniyetmə intihar edib.
Hadisə yerinə çoxlu sayda polis və ilkin tibbi yardım briqadaları gəlib. Olay nəticəsində 4 uşağın dünyasını dəyişdiyi, evdə olan 3 uşağın isə xəsarət almadığı bildirilib. Polis hadisə zamanı  valideynlərin evdə olmadığını bildirib.
Alyaska Ştat Qoşunlarının sözçüsü Tim DeSpain silahın ailəyə aid olduğunu deyib. O, qeyd edib ki, səlahiyyətlilər hadisənin səbəbini araşdırır.