"Twitter"də rəy yazdı, 34 il həbs verildi 

İki azyaşlı uşaq anası olan Salma əl-Şehab "Twitter"dən "ictimai rəyi, vətəndaş və milli təhlükəsizliyi pozmaq" üçün istifadə etdiyinə görə ilkin olaraq üç il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə “Sherg.az” HaberTürk-ə istinadən xəbər verir.
Məlumatda qeyd olunur:

-Bazar ertəsi Apellyasiya Məhkəməsi qadının cəzasını 34 ilə qədər yüksəldib. Deyilənlərə görə isə qadın sadəcə sosial şəbəkədə müxalif və fəal şəxsləri izləyib, bu barədə paylaşımlar edib.
 Şehabın yeni apellyasiya şikayəti verməsi ehtimal olunur.