İşsiz qazi özünə iş yeri açdı -  MƏHSULUNU ALAQ, DƏSTƏK OLAQ!



"Oğuz rayonunun sakini Seymur Teymurlu Vətən müharibəsi iştirakçısıdır. Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib. Bir ildən çoxdur ki, hərbi xidmətdən qayıdıb. Amma ali təhsili olmasına, bir çox ünvanlara iş üçün müraciət etməsinə baxmayaraq, hələlik işsizdir".

"Sherg.az" xəbər verir ki, bu barədə tanınmış  jurnalist Elşad Paşasoy öz Feysbuk hesabında paylaşım edib. Həmkarımız adıçəkilən qazimizin fikirlərini olduğu kimi təqdim edib:  
 "Sonda düşünüb belə qərara gəldim ki, elə öz torpağımı əkib becərsəm, daha məqsədə uyğundur. Fındıq bağımdakı ağacların sayını artırdım. Maşallah, məhsulum da bol oldu. Hazırda fındığın həm qabıqlı, həm də ləpə halında satışını sərfəli qiymətə həyata keçirirəm. İstəyənlər birbaşa özüm ilə əlaqə saxlaya bilərlər". 

Özünə iş yeri açan gənc qazimizə dəstək olmaq, ya iş yeri təklif etmək niyyətində olanlar, yaxud ərsəyə gətirdiyi məhsulu almaq istəyənlər Seymur qardaşla 050 898 01 70 nömrəsilə əlaqə saxlaya bilərlər.  Qazimizin bol məhsuluna bol müştəri və ardınca da ürəyincə olan iş təklifləri arzulayırıq!