İYİ Partiya İstanbul Təşkilatına silahlı hücum...- FOTO

İYİ Partiya İstanbul Təşkilatına silahlı hücum həyata keçirilib. 
"Sherg.az" xəbər verir ki, İYİ Partiya İstanbul Təşkilatı Sədrliyinin binasına şəxsiyyəti hələ müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən silahlı basqın edilib.

Merterdə güllə binanın pəncərəsinə dəyib. Hücumdan sonra polis hadisə yerində araşdırmalarını davam etdirir. 

Hücum xəbərini İBB Partiyası İBB Qrupunun sədr müavini İbrahim Özkan sosial şəbəkədə açıqlayıb.

CHP İstanbul Təşkilat Başçısı Dr. Canan Kaftancıoğlu; Tvitterdə yayımladığı mesajda "Yaxşılığın qarşısında güllələrinizin belə təsiri olmaz. Keçmiş olsun!",- ifadələrini istifadə edib.



Mənbə: Haber Global