Rasim Balayev aktrisanın qoluna ox batırıb? – “Qan axdı...”


Xalq artisti Rasim Balayev “Dədə qorqud” filminin çəkilişləri ilə bağlı maraqlı faktları açıqlayıb. 
“Sherg.az” xəbər verir ki, bu haqda aktyor “Ötən günlər” proqramında danışıb. Sənətçi deyib ki, Xalq artisti Şəfiqə Məmmədova ilə arasında bir anlaşılmazlıq olub:
““Dədə qorqud” filmində ox atma səhnəsini çəkirdik. Bütün aktyorlar əyləşib baxırdı. Onu da səhv etmirəmsə, bir dubla çəkdilər. Oxun da ucunda dəmir var idi. Oxu da atdım, getdi Şəfiqə Məmmədovanın qoluna batdı. Qolundan qan axdı, sonra qayıtdı ki, sən qəsdən vurmusan. Dedim, ora atmışdım, sənə dəydi”.