Hafiz Hacıyevə sui-qəsd hazırlanır? - “Cangüdənim var...” - ŞOK DETAL!

“Haradasa 20 gün müalicə olunacam. Partiyanın işləri davam edir. Artıq cənab Prezidentimizin tapşırığına uyğun olaraq imza toplama kampaniyası yekunlaşır. Deyilən vaxtda da təqdim edəcəyik”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Ölkəmizdə baş verən hadisələrdən danışan H.Hacıyev deputat Fazil Mustafaya qarşı edilən sui-qəsd cəhdi haqqında bunları söyləyib:

“Azərbaycanın düşmənləri çoxalıb. Hazırda ölkəmizi istəməyən dövlətlər çalışırlar ki, təxribat törətsinlər.  Ona görə də biz siyasilər özümüzü gözləməliyik. Bütün məsələlərdə ayıq-sayıq olmalıyıq. 

Düşünürəm ki, burada bizdən çox şey asılıdır. Mən də özümü həmişə istər xarici, istərsə də daxildə olan düşmən qüvvələrindən qoruyuram. Azərbaycanın müstəqilliyini istəməyən qonşu dövlətlər mövcuddur, onlar hər an çalışırlar ki, qarışıqlıq  yaratsınlar. 

Buna imkan verməməliyik. Fazil bəyə də şəfalar diləyirəm. Ləyaqətli deputatlardan biridir. 

Düşünürəm ki, bu hadisədən sonra “lal” deyil, danışan deputatlarımız özlərini qorumalıdırlar. Cangüdənim var, qorunuram”.